19 Sentyabr 10:41 Yığmamız Polşanı ikinci matçda da məğlub etdi
TOP OYUNLARI xəbərləri 19 Sentyabr 10:41
1017 baxış

Yığmamız Polşanı ikinci matçda da məğlub etdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama oyununda gücünü sınayıb. Apasport.az saytının məlumatına görə, Sloveniyada Avropa çempionatına hazırlaşan Faiq Qarayevin yetirmələri Polşa yığması ilə ikinci dəfə qarşılaşıblar.

 

Görüşdə üstün tərəf yenə yığmamız olub. İlk matçda 3:1 hesablı qələbəyə sevinən voleybolçularımız bu dəfə də eyni hesabla qalib gəliblər – 3:1 (25:22, 25:23, 26:28, 25:20) 

 

Qeyd edək ki, komandamız Belçikaya Avropa çempionatına yollanana kimi Sloveniya millisi ilə də yoxlama matçı keçirməyi planlaşdırır.  

 

Xəbər lenti