7 Sentyabr 14:34 Yığmamızın oyunçu “Azəryol”da   - FOTO
TOP OYUNLARI xəbərləri 7 Sentyabr 14:34
598 baxış

Yığmamızın oyunçu “Azəryol”da - FOTO

Azərbaycan millisinin voleybolçusu Yelena Parxomenko yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı blokçu 2015/2016 mövsümünü “Azəryol”da oynayacaq.

 

Ötən mövsümü zədə səbəbindən boşa verən Parxomenko Bakı klubu ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, bununla “Azəryol”dakı voleybolçuların sayı 11-ə çatıb. CEV kubokunda oynayacaq komanda daha öncə Şəfaqət Həbibova, Yuliya Kərimova, Yekaterina Jidkova (hər üçü Azərbaycan), Anna Stepanyuk (Ukrayna), Kinqa Kasprjak (Polşa), Stefani Niemer, Janell Saykes, Loren Vayt (hər üçü ABŞ), Malika Kanzonq (Tailand) və Marin Apitzlə (Almaniya) müqavilə bağlayıb. 

 

Xəbər lenti