26 Yanvar 09:03 Yığmamızın oyunçuları oynadı, komandaları gerilədi
TOP OYUNLARI xəbərləri 26 Yanvar 09:03
213 baxış

Yığmamızın oyunçuları oynadı, komandaları gerilədi

Qadın voleybolçular arasında Türkiyə Superliqasında XIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində meydana çıxan Azərbaycan millisinin oyunçuları məğlubiyyətə üzülüblər.

 

Belə ki, yığmamızın hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu “Çanakqala Bld” “Sarıyer Bld” klubu qarşısında aciz qalıb. Təmsilçimizin komandası 1:3 (21:25; 25:17; 22:25; 20:25) hesabı ilə uduzub.

 

Görüşdə 20 xal toplayan Ağayeva “Çanakqala Bld”nin ən məhsuldar oyunçusu olub.

 

Toppaylayıcımız Anita Bredisin formasını geyindiyi “Yeşilyurt” da növbəti dəfə məğlub olub. Onlar bu dəfə “Bursa BB” klubu ilə bacarmayıblar – 0:3 (13:25; 24:26; 17:25).

 

Bredis hər 3 hissədə meydanda olsa da, xal yığa bilməyib.  

 

Onlardan fərqli, Çempionlar Liqasında “Azəryol”la eyni qrupda yer alan “Fənərbaxça” “İdman Ocağı”na qalib gəlməkdə çətinlik çəkməyib - 3:1 (25:19; 25:15; 25:27; 26:24).

 

Qeyd edək ki, XIV turun görüşlərindən sonra aktivində 35 xalı olan “Fənərbaxça” 3-cü pillədəki yerini qoruyub. 14 görüşdən 16 xal yığan “Çanakqala Bld” 9-cu pilləyə endiyi halda, xalsız “Yeşilyurt” yenə sonuncudu.

Xəbər lenti