15 Oktyabr 09:42 Yığmamızın oyunçusu sabiq komandasına qayıtdı
TOP OYUNLARI xəbərləri 15 Oktyabr 09:42
1379 baxış

Yığmamızın oyunçusu sabiq komandasına qayıtdı

Azərbaycan millisinin voleybolçusu Ceyran Əliyeva yeni mövsümdə “Azərreyl”də oynamayacaq. Apasport.az saytının məlumatına görə, 20 yaşlı libero sabiq komandası – “Azəryol”un düşərgəsinə qayıdıb.

 

O, artıq Bakı təmsilçisi ilə danışıqları yekunlaşdıraraq, 1 illik müqaviləyə imza da atıb. Bununla, CEV kubokunda çıxış edəcək “Azəryol”da liberoların sayı 4-ə çatıb. Bu səbəbdən də sonradan komandaya qoşulan Əliyevanı əsas heyət üçün ciddi rəqabət gözlədiyini söyləmək olar. Çünki Yuliya Kərimovanın təcrübəsi hesabın klubda əsas libero olacağını proqnozlaşdırmaq mümkündü. Leyla Parşkova və Çinarə Quliyeva isə Əliyava ilə müqayisədə gəncdi və əvəzedicilərin çempionatında da oynaya bilər.  

 

Qeyd edək ki, Ceyran “Azəryol”un 15-ci transferi olub. 4 libero ilə yanaşı, Şəfaqət Həbibova, Aynur Kərimova, Yelena Parxomenko, Yekaterina Jidkova (hamısı Azərbaycan), Anna Stepanyuk (Ukrayna), Kinqa Kasprjak (Polşa), Stefani Niemer, Janell Saykes, Loren Vayt (hər üçü ABŞ), Malika Kanzonq (Tailand) və Marin Apitz (Almaniya) də yeni mövsümdə Bakı klubunun uğurları üçün çalışacaq. 

 

Xəbər lenti