4 Sentyabr 09:50 Yığmamızın rəqibi ilkin heyətini açıqladı
TOP OYUNLARI xəbərləri 4 Sentyabr 09:50
754 baxış

Yığmamızın rəqibi ilkin heyətini açıqladı

Qadın voleybolçular arasında Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatında Azərbaycan millisinin rəqibi olan Türkiyə yığması ilkin heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın baş məşqçisi Ferhat Akbaş düşərgəyə güvəndiyi 15 oyunçunun adını daxil edib.

 

Gənc mütəxəssis Azərbaycanla qarşılaşmada Gizem Karadayı, Gözde Kırdar, Güldeniz Önal, Merve Dalbeler, Kübra Akman, Polen Uslupehlivan, Büşra Cansu, Nilay Özdemir, Özgenur Yurtdagülen, Hande Baladın, Meliha İsmailoğlu, Gözde Yılmaz, Eda Erdem Dündar, Naz Aydemir Akyol və Neriman Özsoya şans verəcək. Lakin bu voleybolçulardan üçünün yekunda səfərə aparılmayacağı istisna deyil.

 

Yeri gəlmişkən, Akbaşın açıqladığı siyahı ölkəsində müzakirələrə səbəb olub. Türkiyə Voleybol Federasiyasının Neslihan Demiri zədəli kimi qələmə verməsi baş məşqçinin ulduz voleybolçunu komandasında görmək istəməməsi kimi qiymətləndirilib. Hətta Dəmirin “Əczaçıbaşı”nın hazırlığına qatıldığı da vurğulanır.

 

Qeyd edək ki, Azərbaycan Avro-2016-da ilk oyununu məhz Bakıda Avropa Oyunlarının qalibi olan türklərə qarşı keçirəcək. Qrupumuzda, həmçinin Belçika və Macarıstanın da yer alıb.

 

 

Xəbər lenti