10 Sentyabr 13:16 Yığmamızın voleybolçusundan lazımı qərar
TOP OYUNLARI xəbərləri 10 Sentyabr 13:16
1024 baxış

Yığmamızın voleybolçusundan lazımı qərar

“Azərreyl” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının bazası hesab olunan Bakı komandasının bu dəfə də yerli oyunçu ilə danışıqları müsbət yekunlaşdırıb.

 

Belə ki, millimizin liberosu Volaeriya Məmmədovanın ardınca blokçusu Kseniya Poznyak da yeni mövsümdə karyerasının böyük hissəsini keçirdiyi “Azərreyl”in sıralarında olacaq. 29 yaşlı oyunçu ilə müqavilə 1 illik artırılıb.

 

Qeyd edək ki, baş məşqçi postuna Bülənt Karslıoğlunu gətirən “dəmiryolçylar” Stefanye Enray, Natalia Valentin (hər ikisi Pierto-Riko), Nutsara Tomkom, Vanna Buakeva (Tailand), Cessika Cons, Madison Kinqdon, Hali Ekerman (ABŞ) və Fatu Diukla (Seneqal) da müqavilə bağlayıb. Həmçinin, ötən il 2 illik müqavilə bağlanılan bolqarıstanlı Straşmira Filipova da komandada qalacaq.

 

Xəbər lenti