İdmançımız Moskvada 3 qızıl medal qazandı
06.04.2024 - 15:16

Azərbaycan təmsilçisi Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskvada atçılığın dresaj növü üzrə keçirilən "Maksima Masters" çempionatında uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, yarışda 3 atla mübarizə aparan idmançı böyük atlar (Qızıl Tur) arasında üç qızıl medal əldə edib.
Qeyd edək ki, aprelin 7-də başa çatacaq turnirdə cavan atlardan (5-7 yaş) da istifadə olunur.
0
0