
AVRO-2024-də pley-offa yüksələn ilk komanda bəlli olub.
Apasport.az xəbər verir ki, ev sahibi Almaniya bu vəzifənin öhdəsindən gəlib.
Bundestim turnirin 2-ci turunda Macarıstanı 2:0 hesabı ilə məğlub edib. Komandanın qollarını Camal Musiala və İlkay Gündoğan vurublar. İki oyundan sonra 6 xal toplayan Almaniya yığmasının qrupda 3-cü yeri tutarsa belə, pley-offda çıxış edəcək. Çünki B qrupunda Xorvatiya və Albaniya iki oyundan sonra cəmi 1 xal toplayıb. Digər tərəfdən C qrupunda 3 millinin 6 xal toplaması mümkün deyil.
Qeyd edək ki, qruplarda ilk 2 yeri tutanlar və 3-cü yeri tutan ən yaxşı göstəriciyə malik 4 yığma 1/8 finala yüksələcək.