Belçika ilk qələbəsini qazandı - YENİLƏNİB
23.06.2024 - 00:53

Bu gün AVRO-2024-ün qrup mərhələsində II tura yekun vurulub.
Apasport.az xəbər verir ki, günün son matçı Kölndə keçirilib.
Çempionata məğlubiyyətlə başlayan Belçika Rumıniya ilə üz-üzə gəlib. Oyun Belçikanın 2:0 qələbəsi ilə bitib.
AVRO-2024
Qrup mərhələsi, II tur
22 iyun, E qrupu
23:00. Belçika - Rumıniya 2:0
Qol: Tielemans, 2. De Bruyne, 80
Baş hakim: Şimon Marçinyak (Polşa)
Köln, "Reyn Enerqi" stadionu
0
0