İngiltərə minimal hesabla qalib gəldi - YENİLƏNİB
17.06.2024 - 00:57

Almaniyada keçirilən AVRO-2024 davam edir.
Apasport.az xəbər verir ki, çempionatın üçüncü günü Helzenkirhendə yekunlaşıb.
Günün son matçında C qrupunun komandaları üz-üzə gəlib. Favoritlərdən olan İngiltərə Serbiyanı sınağa çəkib. Görüş İngiltərənin 1:0 hesablı qələbəsi ilə bitib.
AVRO-2024
Qrup mərhələsi, I tur
16 iyun, C qrupu
23:00. Serbiya – İngiltərə 0:1
Qol: Bellinqem, 13
Baş hakim: Daniele Orsato (İtaliya)
Helzenkirhen. “Aufşalke Arena”
0
0