Slovakiya Belçikanın məğlubiyyətsizlik seriyasına son qoydu
18.06.2024 - 11:14

Futbol üzrə Avropa çempionatında Belçika E qrupunda ilk oyununda Slovakiyaya məğlub olub.
Apasport.az xəbər verir ki, Belçika millisi 15 oyundan sonra məğlub olub.
2022-ci il dünya çempionatının qrup mərhələsində sonuncu dəfə Mərakeşə uduzan Belçika növbəti 15 matçdaa 10 qələbə və 5 heç-heçə əldə edib.
AVRO-2024-ə Slovakiyaya uduzan Belçika 15 matçlıq məğlubiyyətsizlik seriyasını qoruya bilməyib.
Qarşılaşma Slovakiyanın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
0
0