Türkiyə millisinin heyətində növbəti itki
24.06.2024 - 22:50

Türkiyə millisinin qapıçısı Doğan Alemdar heyətdən çıxarılıb.
Apasport.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, o, məşq zamanı dizindən zədə alıb. Bu səbəbdən o, Avro-2024-də oynamayacaq.
Qeyd edək ki, Türkiyə millisi F qrupunun sonuncu turunda iyulun 26-da Çexiya ilə qarşılaşacaq.
0
0