UEFA-dan türkiyəli hakimə növbəti təyinat
19.06.2024 - 12:51

FIFA lisenziyalı türk hakim Halil Umut Meler Avropa çempionatında ikinci oyununa təyinat alıb.
Apasport.az xəbər verir ki, Meler bu dəfə D qrupunda Polşa-Avstriya matçında start fitini səsləndirəcək.
O, daha əvvəl turnirin E qrupunda Belçika-Slovakiya matçını idarə edib.
21 iyunda Berlin Olimpiya Stadionunda oynanılacaq qarşılaşmada Halil Umut Melərin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq. Saat 20:00-da başlayacaq görüşün dördüncü hakimi Sloveniya Futbol Federasiyasından Rade Obrenoviç olacaq.
0
0