Derbidə insident: Kadi başından zədələndi - Video
16.02.2025 - 21:05
Derbidə insident: Kadi başından zədələndi - Video

Misli Premyer Liqasında XXIII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, "Neftçi" öz meydanında "Qarabağ"ı qəbul edib.

Görüşün 87-ci dəqiqəsində qonaqların yeni transferi Kadi Borgesin başı istiqamətində yad cisim atılıb.

Futbolçu qısa bir müddət yerdə qalsa da, oyunu davam etdirə bilib.

Qeyd edək ki, matç "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.