
FKSB Avropa Liqası Liqa mərhələsinin 7-ci turunda Bakıda "Qarabağ"ın qonağı olacaq.
Apasport.az xəbər verir ki, Rumıniya təmsilçisinin baş məşqçisi Elias Xaralambus ölkə çempionatının "Hermannştad"la matçından (1:1) sonra açıqlama verib. 44 yaşlı kiprli mütəxəssis "Qarabağ"ın Avropa təcrübəli olan komanda olduğunu bildirib:
“Bütün diqqətimizi "Qarabağ"la keçirəcəyimiz oyuna yönəltməliyik. Avropada bütün oyunlar çətindir. Rəqibimiz yaxşı və yetərincə avrokubok təcrübəsi olan komandadır. Qarşıdakı matçlarda xallar toplamalıyıq ki, ən yaxşı 8 komanda sırasına düşək. “Hermannştad”la matda (1:1) olduğu kimi qol imkanlarını əldən vermək olmaz”.
Qeyd edək ki, "Qarabağ" - FKSB qarşılaşması 23 yanvar tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və saat 21:45-də start götürəcək.