İdmançılarımız İtaliyada keçirilən turnirdə 16 medal qazanıblar
27.02.2025 - 15:16

Azərbaycan idmançıları İtaliyanın paytaxtı Romada keçirilmiş ciu-citsu üzrə "Grand Slam Roma 2025" turnirində 16 medal qazanıb.
Apasport.az xəbər verir ki, medallardan 5-nin əyarı qızıl, 7-si gümüş, 4-ü isə bürünc olub.
Ayaz Süleymanov, Mark Simvol, Həsən Nəsirzadə, Maksud Hacıyev və Samir Mirzəyev fəxri kürsünün ən yüksək piləsinə qalxıblar. Ramil Muradov, Tamerlan Meyralıyev, Nağı Nağızadə, Rafiq Mehdiyev, Timur Simvol, Müslüm Əliyev, Murad İsmiyev yarışı ikinci yerdə bitiriblər.
Emin Əsədov, Dmitri Sivov, Cavidan Meyralıyev, Bağır Əliyev isə bürünc medala sahib olublar.
0
0