İkinci Liqada ilin ilk oyunları keçiriləcək
27.02.2025 - 13:16
İkinci Liqada ilin ilk oyunları keçiriləcək

Bu gün Azərbaycan 2-ci liqasında 2025-ci ilin ilk oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, 14-cü turun 1-ci oyun gününə 2 matç nəzərdə tutulub. 

"Qusar" "Füzuli" ilə, "Şəfa" isə "Dinamo" ilə qarşılaşacaq. 

Turun digər oyunları 28 fevral və 1 mart tarixlərində keçiriləcək.

Qeyd edək ki, çempionatda 14-cü turun fevralın 24-də start götürməsi planlaşdırılırdı. Lakin qarlı hava şəraiti səbəbindən qarşılaşmalar təxirə salınmışdı.

27 fevral 

13:00. “Qusar” – “Füzuli”
“Kapital Bank Arena” (ehtiyat meydança)

14:00. “Şəfa” – “Dinamo”
“ASK Arena”

28 fevral

14:00. “Şahdağ Qusar” – “Kür-Araz”

14:00. “Göygöl” – “Saatlı-Araz”

1 mart

14:00. “Ağdaş” – “Şimal”

14:00. “Haypers Quba” – “Şəmkir”

14:00. “Şəki Siti” – “Lerik”