
Misli Premyer Liqasının XIII turunun "Səbail" - "Turan Tovuz" matçından (1:1) sonra qonaqların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
"İki fərqli hissə izlədik. Birinci hissədə düzgün düzülmədik. "Səbail" daha yaxşı görünürdü. İkinci yarıda düzəlişlər etdik və düşünürəm ki, yaxşı oynadıq".
- Futbolçuların süni meydanda oynamaqdan şikayəti var?
- Xeyr, şərtlər hamı üçün eynidir. Bununla bağlı şikayət yoxdur.
- Bu gün "Turan Tovuz" 2 xal itirdi, yoxsa 1 xal qazandı?
- İkinci hissəni nəzərə alsaq, 2 xal itirdik.
- Aqressiv olmağınızın səbəbi nə idi?
- Aqressiv olduğumu deməzdim. Sadəcə istəyirdim ki, futbolçularım daha tez oynasınlar.