Millimiz Albaniya və Uels yığmaları ilə qarşılaşacaq
05.12.2024 - 16:13

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
B Liqasının 6-cı qrupunda yer alan U-17 Albaniya və Uels yığmaları ilə mübarizə aparacaq.
İkinci mərhələnin oyunları 2025-ci ilin mart ayında Albaniyada keçiriləcək.
0
0