Millimiz Belarusda məğlub oldu
21.02.2025 - 15:14
Millimiz Belarusda məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti matçını keçirib.

Apasport.az xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda mübarizəni başa vurub.

Təmsilçilərimiz üçüncü yer uğrunda görüşdə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

İlham Yadullayevin yetirmələri görüşü 1:2 hesabı ilə məğlub bitiriblər. Bununla da, seçməmiz 4-cü pillənin sahibi olub.

İnkişaf kuboku
3-cü yer uğrunda oyun
21 fevral

Azərbaycan – Özbəkistan – 1:2