Millimizin qapıçısı Qazaxıstanda 3-cü qolunu vurdu - VİDEO
26.02.2023 - 19:56

Azərbaycan millisinin futzal üzrə qapıçısı Rövşən Hüseynli Qazaxıstan çempionatında daha 2 qol vurub.
Apasport.az-ın məlumatına görə, XXXII turda onun çıxış etdiyi "Atırau" "Astana"nı qəbul edib.
Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu matçda Rövşən qapıçı olmasına baxmayaraq, 2 qol vurub. O, 27 və 30-cu dəqiqələrdə dubl edib.
Qeyd edək ki, Rövşən Hüseynli oktyabrdan etibarən "Atırau"da icarə əsasında çıxış edir. O, müqavilə ilə "Araz-Naxçıvan"a məxsusdur. Hüseynli ilk qolunu dekabrın 18-də "Ordabası"nın qapısından keçirib.
0
0