"Qarabağ"ın rəqibi "Qalatasaray"lı futbolçu ilə anlaşıb
04.09.2024 - 13:53

Super Liqa təmsilçilərindən “Qalatasaray”ın futbolçusu Serji Oliveyra karyerasını Yunanıstanda davam etdirəcək.
Apasport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “Olimpiakos”la razılaşıb.
Oliveyranın 2 illik müqavilə imzaladığı məlum olub.
Pirey təmsilçisi daha əvvəl “Fulhem”dən Villianı transfer etmişdi.
“Olimpiakos” Avropa Liqasının Liqa mərhələsində 2025-ci il, yanvarın 30-da Yunanıstanda “Qarabağ”la qarşılaşacaq.
0
0