"Sabah" heyətini serbiyalı hücumçu ilə gücləndirdi - VİDEO
05.07.2024 - 16:44

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, serbiyalı hücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə bağlanıb.
"Srvena Zvezda"nın yetirməsi olan 23 yaşlı oyunçu karyerası ərzində Almaniyanın "Ersqebirqe Aue" (2019-2020), "Ayntraxt" (Braunşveyq, 2020-2021), Slovakiyanın "Trençin" (2021-2024) və "Dubnitsa" (2021-2022) klublarında çıxış edib.
Neqoş "Sabah"da 29 nömrəli formada çıxış edəcək.
0
0