Şpaqaçımız Türkiyədə qızıl medal qazanıb
18.11.2024 - 09:34

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, Xədicə 100-dən çox iştirakçı arasında ən yüksək nəticəni göstərib.
Digər təmsilçimiz Mirxətai Məmmədov isə oğlanların mübarizəsində mükafatçılar sırasında yer alıb. O, finalın bir addımlığında uduzaraq bürünc medal əldə edib.
0
0