
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə keçirilən "Təmiz qələbə: Olimpiya ilinə yeni baxış" adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdən sonra AMADA-nın icraçı direktoru Təhminə Tağızadə jurnalistlərə açıqlama verib.
“Qarşıdakı iki il ərzində antidopinq sahəsində fəaliyyətimizi uğurla yerinə yetirmək niyyətindəyik. Bu, 2024-cü ildə üçüncü konfransımızdır. Hazırda siyasətçiləri, elmi işçiləri, başqa ölkələrin milli antidopinq agentliklərinin nümayəndələrini bir araya yığmışıq. Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Bu iki il ərzində fəaliyyətimizi uğurla yerinə yetirmək istəyirik. 2024-cü ildə test sahəsində planı uğurla yerinə yetirmişik. Yekun rəqəmləri 2025-ci ilin yanvarında açıqlayacağıq".