Yığmamızın matçı ilə bağlı yeni qərar
21.02.2025 - 15:43
Yığmamızın matçı ilə bağlı yeni qərar

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə keçirəcəyi matçla bağlı yeni qərar verilib.

Apasport.az xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutaccaq oyunun saat 17:00-da başlaması gözlənilir.

Azərbaycan – Monteneqro görüşü saat 15:00-da start götürməli idi.

Lakin qeyri-sabit hava şəraiti ilə əlaqədar matçın iki saat gec başlaması qərara alınıb.