“Zirə” - “Kəpəz” matçının başlama saatı yenə dəyişdirildi
24.02.2025 - 14:38
“Zirə” - “Kəpəz” matçının başlama saatı yenə dəyişdirildi

Hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı dəyişdirilib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. 

Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.

Qeyd edək ki, görüş saat 16:00-da başlamalı idi. Ötən gün gerçəkləşməli olan matç hava şəraitinə görə təxirə salınmışdı.