ABL: Bu gün daha iki oyun keçiriləcək
27.02.2025 - 09:57
ABL:  Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasının XV turunda bu gün daha iki oyun keçiriləcək.

Apasport.az xəbər verir ki, hər iki qarşılaşma B qrupunda baş tutacaq.

“Ordu” klubu “Sərhədçi” İdman Mərkəzində “Quba” ilə üz-üzə gələcək.

Digər matç Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. “Sumqayıt” doğma meydanda “Gəncə” ilə qarşılaşacaq. 

Hər iki görüş saat 19:00-da başlayacaq.