ABL: Bu gün X tura yekun vurulacaq
12.01.2025 - 10:33

Bu gün Azərbaycan Basketbol Liqasında X tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, turun son oyunu "Gəncə" və "Sumqayıt" kollektivləri arasında keçiriləcək.
Gəncə İdman Sarayında baş tutacaq B qrupunun matçı saat 14:00-da başlayacaq.
Qərb təmsilçisi 14 xalla üçüncü, sumqayıtlılar isə 10 xalla sonuncu - altıncı sırada yer alıb.
Qeyd edək ki, X turun əvvəlki qarşılaşmalarında "Neftçi" "Abşeron"u 84:76, "Naxçıvan" "Sabah"ı 80:75, "Sərhədçi" NTD-ni 78:64, "Şəki" "Lənkəran"ı 111:82, "Ordu" isə "Quba"nı 81:74 hesabı ilə məğlub edib.
0
0