ABL: "Sumqayıt"ın "Lənkəran" sınağı
24.01.2025 - 10:34

Azərbaycan Basketbol Liqasının XII turunun daha bir oyunu keçiriləcək.
Apasport.az xəbər verir ki, B qrupunda "Lənkəran" evdə "Sumqayıt"ı qəbul edəcək.
Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 14:00-da başlayacaq. "Sumqayıt" hazırda 14 xalla qrupda dördüncüdür. Sonuncu - altıncı pillədə olan "Lənkəran"ın isə 13 xalı var.
Qeyd edək ki, XII turun daha əvvəl keçirilən görüşlərində "Abşeron" "Sərhədçi"ni 86:79, "Sabah" isə "Neftçi"ni 75:65 hesabı ilə məğlub edib.
0
0