ABŞ yığması liderliyini qorudu
13.08.2023 - 16:19

Avqustun 25-də basketbol üzrə dünya çempionatı start götürəcək
Apasport.az-ın məlumatına görə, yığmaların reytinq cədvəli açıqlanıb.
Cədvələ ABŞ yığması başçılıq edir. Növbəti yerləri Fransa və Avstraliya komandaları tuturlar. Son dünya çempionu İspaniya 4 pillə geriləyərək, 6-cı mövqedə qərarlaşıb. Luka Donçiçin lideri olduğu Sloveniya cədvəldə dördüncü, Nikola Yokiçli Serbiya isə doqquzuncudur.
Qeyd edək ki, dünya çempionatı Yaponiya, Fillipin və İndoneziyada təşkil olunacaq. Turnir sentyabrın 10-da başa çatacaq.
0
0