Azərbaycan Kuboku: "Sumqayıt" "Neftçi"yə qarşı
29.01.2025 - 09:26

Basketbol üzrə Azərbaycan Kubokunda bu gün 1/8 final mərhələsinə yekun vurulacaq.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.
"Gəncə" - "Ordu" matçı saat 14:00-da, "Sumqayıt" - "Neftçi" görüşü isə 19:00-da start götürəcək.
İlk cütün qalibi 1/4 finalda "Sərhədçi" ilə, ikinci duelin güclüsü isə "Sabah"la üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün "Abşeron" "Quba"nı (96:94), NTD "Lənkəran"ı (87:73) məğlub edib. "Naxçıvan", "Sabah", "Sərhədçi" və "Şəki" komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.
0
0