Super Liqa: "Fənərbaxça" "Qalatasaray"ı məğlub edib - 95:81
20.01.2025 - 09:53

Türkiyə Basketbol Super Liqasının 15-ci həftəsində "Qalatasaray" "Fənərbaxça"nı qəbul edib.
Apasport.az xəbər verir ki, gərgin keçən derbidə "Fənərbaxça Beko" 95:81 hesabı ilə rəqibini məğlub edib.
"Sarı-lacivərdlilər" bu görüşlə ardıcıl 10-cu, ümumilikdə isə 14-cü qələbəsini qazanıb.
"Qalatasaray" isə liqada 5-ci məğlubiyyətini alıb.
Qeyd edək ki, "Fənərbaxça" 15 turdan sonra turnir cədvəlində vahid liderdir.
0
0