
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin növbəti cavab oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Qazaxıstanın “Astana” komandası Rumıniyanın “Hunedora” kollektivini qəbul edib. Meydan sahibləri rəqibi darmadağın edərək növbəti mərhələyə yüksəlib.
Macarıstan “Fehervar”ı isə azarkeşləri önündə Kiprin “Omoniya” komandası ilə üz-üzə gəlib. Bu dueldən də qalib ayrılmağı bacaran qonaqlar pley-off mərhələsinə vəsiqə qazanıb. "Omoniya" növbəti raundda “Zirə” – “Osiyek” (Xorvatiya) duelinin güclüsü ilə qarşılaşacaq.
Azərbaycan təmsilçiləri – “Sabah” və “Zirə” isə cavab görüşlərinə sabah çıxacaq.
Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunları
14 avqust
18:00 "Astana" (Qazaxıstan) – "Hunedora" (Rumıniya) 6:1
İlk oyun 2:1
20:00 "Fehervar" (Macarıstan) – "Omoniya" (Kipr) 0:2
İlk oyun 0:1
- ÇL: PSJ "Liverpul"a, "Real" "Atletiko"ya rəqib oldu - YENİLƏNİB
- Konfrans Liqası: “Betis” və “Panatinaikos” 1/8 finalda - YENİLƏNİB
- AL: “Fənərbaxça” 1/8 finalda, “Qalatasaray” mübarizəni dayandırdı - YENİLƏNİB
- “Fənərbaxça”nın oyunu yarımçıq dayandırılıb
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb