
Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" matçından (1:4) sonra qonaqların baş məşqçisi Pyer Sajın mətbuat konfransı keçirilib.
- "Qarabağ"ın oyununu təhlükəli hesab edirsiz?
- Bəli. İlk hissədə çoxlu təhlükəli epizodlar yaratdılar. Bunu unutmaq olmaz. Biz ikinci hissədə müdafiəni daha yaxşı təşkil etdik. Hücuma keçidlərdə üstünlüklərimiz oldu. İlk qolumuz, ondan sonrakı qollar çətin olsa da, sonradan ardıcıl qollar vurduq.
- Hesab sizcə oyuna görə oldu?
- Xeyr.
- Bakıdakı atmosfer, stadion haqda nə deyərdiz?
- Stadionda azarkeşlərin davranışı yaxşı idi. Oyunun gedişatına müsbət təsir edirdi.
- Hesabın oyuna görə olmadığını dediniz. Sizcə, hesab daha böyük olmalı idi, yoxsa gözləntiniz başqa idi?
- Bəli, düz anlamısız. "Qarabağ" daha çox qol vura bilərdi. Şansları da var idi. Bu da oyunun gedişatını dəyişdirə bilərdi.
- AL: “Fənərbaxça” 1/8 finalda, “Qalatasaray” mübarizəni dayandırdı - YENİLƏNİB
- “Fənərbaxça”nın oyunu yarımçıq dayandırılıb
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
- Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb
- ÇL: "Real" və PSJ növbəti mərhələdə, "Yuventus" mübarizəni dayandırdı - YENİLƏNİB