“San Siro” Çempionlar Liqası finalına ev sahibliyi etməyəcək
24.09.2024 - 19:59

2027-ci ildə UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi edəcək şəhər qeyri-müəyyən olaraq qalır.
Apasport.az xəbər verir ki, "San Siro" idman tədbirini təşkil etməyəcək.
Bunu UEFA-nın İcraiyyə Komitəsi açıqlayıb. 2027-ci ildə həlledici matçın hansı arenada keçiriləcəyi ilə bağlı müzakirələr aparılarkən sözügedən stadionun adı həmin siyahıda yer almayacaq.
Buna "Milan" rəhbərliyinin həmin vaxt stadionun ətrafında təmir işlərinin aparılacağını bildirməsi səbəb olub.
- ÇL: PSJ "Liverpul"a, "Real" "Atletiko"ya rəqib oldu - YENİLƏNİB
- Konfrans Liqası: “Betis” və “Panatinaikos” 1/8 finalda - YENİLƏNİB
- AL: “Fənərbaxça” 1/8 finalda, “Qalatasaray” mübarizəni dayandırdı - YENİLƏNİB
- “Fənərbaxça”nın oyunu yarımçıq dayandırılıb
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
0
0