Boksçularımız Polşa turnirində mübarizə aparacaq
23.09.2024 - 19:52

Sentyabrın 24-də Polşada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir start götürəcək.
Apasport.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Məşqçi Ceyhun Abiyev Keltsedə təşkil olunacaq turnirdə 2 boksçuya şans verəcək. Yığma üzvlərindən Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) rinqə çıxacaqlar.
0
0