
Azərbaycanın 4 cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal görüşünə çıxacaq.
Apasport.az xəbər verir ki, kişilər arasında 60 kiloqramda Əhməd Yusifov qazaxıstanlı Yeldos Smetovu, 66 kiloqramda Kamran Süleymanov isə komanda yoldaşı Ruslan Paşayevi sınağa çəkəcək.
Qadınların mübarizəsində isə 48 kiloqramda çıxış edən Leyla Əliyeva isə üçüncü yer uğrunda görüşdə türkiyəli Tuğçe Bederlə yarışacaq.
Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları - Açelya Toprak, Fidan Əlizadə (hər ikisi 57 kiloqram) və Nazir Talıbov (60 kiloqram) isə turniri medalsız başa vurublar.
Qeyd edək ki, mayın 12-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar