Cüdoçularımız Avropa Kubokunda 5 medal qazanıb
27.05.2024 - 09:58

25-26 mayda Portuqaliyanın Koimbra şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 3 gümüş və 2 bürünc medal əldə edib.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 6-cı, oğlanlar arasında 4-cü yeri, qızlar arasında isə 7-ci yeri tutub.
Cüdoçularımız yarışın ilk günündə 2 gümüş və 1 bürünc medal qazanıb.
Turnirin ikinci günü qızlar arasında -57 kq çəkidə Aytən Verdiyeva bürünc medal, oğlanların yarışında -90 kq çəkidə Hüseyn Eyvazlı gümüş medal qazanıb.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar
1
0