Cüdoçularımız ilk gündə 3 medal qazandılar
26.05.2024 - 13:08

Yeniyetmə cüdoçular arasında Koimbra Avropa Kubokuna start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışın ilk günündə 3 medal qazanıb.
Millimiz aktivinə 2 gümüş və 1 bürünc medal yazdırıb. Oğlanların mübarizəsində Nihad Rəhimov (60 kq) gümüş medal qazanıb, Özqan Quliyev isə 7-ci yerə çıxıb. 66 kq çəki dərəcəsində Səlim Sultanov gümüş, Kənan Sadıqov bürünc medal əldə edib, Ramil Mahmudov isə yarışı 5-ci yerdə başa vurub.
Qızlar arasında Aysun Məmmədova (52 kq) 5-ci yerə çıxıb.
Qeyd edək ki, kuboka bu gün yekun vurulacaq.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar
0
0