Cüdoçularımız İspaniyada təlim-məşq toplanışı keçirir
03.07.2024 - 16:32

Azərbaycan cüdo yığması İspaniyada təlim-məşq toplanışı keçir.
Apasport.az xəbər verir ki, Avropa Cüdo İttifaqının Benidormda təşkil etdiyi hazırlıq prosesinə iyulun 2-də start verilib.
Toplanışda Gürcüstan, Finlandiya, Xorvatiya, Türkiyə, Portuqaliya, Almaniya, Belçika, İsrail və bir çox başqa ölkələrin komandaları iştirak edirlər. Hazırlığın özəlliyi ondan ibarətdir ki, bu, Paris-2024 öncəsi sonuncu beynəlxalq toplanış olacaq. Cüdoçularımız bunadək Xorvatiyada hazırlıq keçib, ardınca Bakıya qayıdıblar.
Qeyd edək ki, Benidormdakı təlim-məşq toplanışı iyulun 6-dək davam edəcək.
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar
- Cüdoçumuz "Böyük Dəbilqə"də bürünc medal qazanıb
0
0