Dünya çempionu Hidayət Heydərov vətənə qayıdıb - FOTO
22.05.2024 - 00:41

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi, Azərbaycan cüdoçusu Hidayət Heydərov və yığma komandanın digər üzvləri Vətənə qayıdıb.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançılarını gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Cüdoçuları gənclər və idman naziri Fərid Qayıbov, həmçinin idman ictimaiyyətinin nümayəndələri, idmançının yaxınları böyük coşqu ilə qarşılayıblar.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar
0
0