
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev dünya çempionatında qızıl medal Hidayət Heydərovu (73 kq) təbrik edib.
Apasport.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində paylaşım edib.
Federasiya rəhbəri bildirib ki, Azərbaycan cüdoçusu 11 ildən sonra mundialda qızıl medal qazanıb: "Abu-Dabi şəhərində keçirilən cüdo üzrə dünya çempionatında Hidayət Heydərov 11 ildən sonra ölkəmizə yenidən qızıl medal qazandırıb. İdmançımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edirəm!".
Qeyd edək ki, Hidayət Heydərov dünya çempionatının finalında Tatsuki İşiharaya (Yaponiya) qalib gəlib.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar