Gənc cüdoçularımız Malaqada 6 medal qazanıblar
20.05.2024 - 12:42

Azərbaycanın gənc cüdoçuları İspaniyanın Malaqa şəhərində keçirilən Avropa Kubokunda 6 medal qazanıblar.
Apasport.az xəbər verir ki, idmançılarımız yarışı 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.
Yığma medal əyarına görə ümumi hesabda 3-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Sonuncu gündə Süleyman Şükürov və Əli Hacızadə (hər ikisi 81 kq) finalda üz-üzə gəliblər. Şükürov qızıl, Hacızadə gümüş medala sahib çıxıb. Tuncay Şamil (90 kq) bürünc, Kənan Nəsibov (+100 kq) qızıl mükafat əldə edib.
Daha əvvəl Məhəmməd Musayev (66 kq) və Aydın Rzayev (73 kq) üçüncü yeri tutublar.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar
0
0