
Cüdo üzrə dünya reytinqində müəyyən dəyişikliklər olub.
Apasport.az xəbər verir ki, Azərbaycan cüdoçularının mövqelərində dəyişiklik baş verib.
Avropa çempionu Elcan Hacıyev (90 kq) cədvəldə yüksəlib.
Zədəsini sağaldan Olimpiya iştirakçısı bir rəqibini qabaqlayaraq 8-ci yerə qalxıb. Bu çəkidə Murad Fətiyev 7-cidir.
Hazırda 8-ci yerdə olan Balabəy Ağayev (60 kq) isə bir pillə geriləyib. Eyni zamanda, Zelim Tskayev (81 kq) ilk "səkkizlik"dəki mövqeyini qoruyur, Uşanqi Kokauri (+100 kq) 10-cu yerdədir.
Liderlər dəyişməz qalıb: Olimpiya çempionlarımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) reytinqin zirvəsindədirlər.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar