
Azərbaycan cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında finala yüksəlib.
Apasport.az xəbər verir ki, 73 kiloqramda mübarizə aparan idmançı yarımfinalda almaniyalı İqor Vandtkeni məğlub edib. Onun həlledici qarşılaşmada rəqibi Tatsuki İşihara (Yaponiya) – Ankzaya Lavjarqal (Monqolustan) cütünün qalibi olacaq.
Bu gün tatamiyə çıxan digər Azərbaycan cüdoçuları - Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kiloqram) və Açelya Toprak (57 kiloqram) yarışı medalsız başa vurublar.
Qeyd edək ki, dünya çempionatı mayın 23-də başa çatacaq.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar