
Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün keçirilən cüdo yarışlarının qaliblərinə mükafatları təqdim olunub.
Apasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində fəxri kürsüdə iki azərbaycanlı idmançı yer alıb. Azərbaycan milli komandasının üzvü Hidayət Heydərov və Moldova Respublikasını təmsil edən əslən azərbaycanlı olan Adil Osmanovhər ikisi eyni çəkidə yarışıblar.
Qeyd edək ki, H.Heydərov final görüşündə yerli Fransa idmançısı Joan-Benjamin Gabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb. A.Osmanov isə 3-cü yer uğrunda qarşılaşmada İtaliya cüdoçusu Manuel Lombardonu məğlubiyyətə uğradaraq bürünc medala yiyələnib.
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar
- Cüdoçumuz "Böyük Dəbilqə"də bürünc medal qazanıb