Stolüstü tennisçimizdən gümüş medal
30.01.2025 - 21:57

Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə “WTT Youth Contender Doha 2025” turnirində uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, o, Qətərin paytaxtı Dohada keçirilən yarışda gümüş medal qazanıb.
U-15 kateqoriyasında mübarizə aparan Onur qrup mərhələsində Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan idmançılarını üstələyərək lider kimi pley-offa adlayıb. Quluzadə Bəhreyn, Tailand və Malaziyadan olan rəqiblərinə də qalib gələrək finala yüksəlib. O, həll edici görüşdə gərgin mübarizənin sonunda iranlı rəqibinə 2:3 hesabı ilə uduzub.
0
0