Yeni mövsümün təqvimi açıqlanıb
25.12.2024 - 00:08

Beynəlxalq Sambo Federasiyası (FIAS) gələn il üçün yarışların təqvimini təsdiqləyib.
Apasport.az xəbər verir ki, əsasən 3 yarış barədə məlumat açıqlanıb.
Təqvimə aprelin 25-27-də Kiprin Limassol şəhərində Avropa çempionatı ilə start veriləcək.
Növbəti yarış avqustun 13-14-də Çinin Çenqdu şəhərində baş tutacaq Dünya Oyunlarıdır.
Dünya çempionatı isə Türkmənistanın paytaxtı Aşqabadda təşkil olunacaq. Noyabrda keçiriləcək yarışın dəqiq tarixi ilə bağlı hələlik məlumat verilməyib.
0
0