
Ölkəmizdə badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı keçirilib.
Apasport.az xəbər verir ki, Danimarka finalda Fransaya 3:0 hesabı ilə qalib gələrək qitə çempionu olub.
Skandinaviyalılar (Jesper Toft / Amalie Magelund) əvvəlcə qarışıq qoşa yarışında rəqiblərinə (Thom Gicquel / Delphine Delrue) qalib gəliblər - 21:11, 18:21, 21:15.
Sonra kişilərin fərdi mübarizəsində Anders Antonsen (Danimarka) Alex Lanieri (Fransa) məğlub edib - 21:19, 21:18.
Nəhayət, qadınların fərdi yarışında da Danimarka təmsilçisi (Line Christophersen) Fransa badmintonçusundan (Leonice Huet) güclü olub - 21:16, 21:14.
Beləliklə, ümumi hesab 3:0-a çatdığından qalan iki oyunun (kişilərin qoşa yarışı və qadınların qoşa yarışı) keçirilməsinə ehtiyac duyulmayıb.